• Bakı 26° C

    12.15 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Bulvardakı klassik avtomobil sərgisində izdiham - FOTOLAR

CƏMİYYƏT

30 Avqust 2026 | 14:14

Bulvardakı klassik avtomobil sərgisində izdiham - FOTOLAR

Bu gün səhər saatlarından Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda klassik avtomobillərin sərgisi başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, klassik avtomobillərin sərgisi və yürüşü bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da artıq ənənə halını alıb.

Dənizkənarı Milli Parkda klassik avtomobillərin nümayişi ilə başlayan tədbirdə 1986-cı ilədək istehsal olunan 100-dən çox avtomobil sərgilənib.

Bunlar tədbir üçün qeydiyyatdan keçən klassik avtomobillər, həmçinin Heydər Əliyev Mərkəzindəki daimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələridir.

Bakı sakinlərinin hər zaman böyük maraqla qarşıladığı sərgi bir qədər sonra klassik avtomobillərin yürüşü ilə davam edəcək.

Paytaxtın əsas küçə və prospektindən keçən yürüş Sea Breeze ərazisində başa çatacaq.


Bulvardakı klassik avtomobil sərgisində izdiham - FOTOLARBulvardakı klassik avtomobil sərgisində izdiham - FOTOLARBulvardakı klassik avtomobil sərgisində izdiham - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Avqust 2026