• Bakı 15° C

    11.43 m/s

  • USD - 1.7

    EUR - 1.843

    RUB - 0.0175

Bundesverin İraqdakı mandatı daha 15 ay uzadılıb

DÜNYA

18 Oktyabr 2024 | 13:34

Bundesverin İraqdakı mandatı daha 15 ay uzadılıb

Bundestaq İraqda vəziyyəti sabitləşdirmək üçün alman hərbçilərinin mövcudluğu mandatını daha 15 ay uzadıb. 

Bakıvaxtı.az DPA agentliyinə istinadən xəbər verir ki, yeni mandat 31 yanvar 2026-cı ilə qədər qüvvədə qalacaq.

İclasda iştirak edən 539 deputatın əksəriyyəti missiyanın davam etdirilməsinin lehinə, 93-ü əleyhinə, ikisi isə bitərəf qalıb. 

Qeyd edək ki, Almaniya hökuməti 2015-ci ildə İŞİD-in Suriya və İraqın bəzi hissələrinə nəzarəti ələ keçirməsi ilə əlaqədar İraqda missiyaya başlayıb. Bundesver İraq təhlükəsizlik qüvvələrinə, əsasən də yüksək rütbəli hərbçilərə İŞİD-ə qarşı mübarizə aparmaq üçün təlimlər keçirir. Mandat missiya personalının sayını 500 nəfərlə məhdudlaşdırır.

Gülşən Şərif


SON XƏBƏRLƏR