• Bakı 18° C

    7.76 m/s

Buruntaqsız gəzdirilən itlərin yaratdığı təhlükə

CƏMİYYƏT

27 Aprel 2022 | 14:27 | Müəllif: Qalib İbrahimoğlu

Buruntaqsız gəzdirilən itlərin yaratdığı təhlükə

Havaların isinməsi ilə paytaxtın mərkəzi küçələrində, istirahət parklarında ev heyvanlarının gəzdirilməsi halları da artır. Əslində, burda qeyri-adı bir şey yoxdu. Ancaq, xüsusilə it gəzdirənlərin əksəriyyəti qanunvericiliyə, qaydalaha əməl etmirlər.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, itlərin buruntaqsız gəzdirilməsi ətrafdakılar üçün təhlükəlid ola bilər.

Qeyd edək ki, ev heyvanlarının saxlanılması ilə bağlı Nazirlər Kabinetinin qərarı var və ev heyvanı saxlayanların bu qaydalara əməl etmələri vacibdir.  Qaydalara görə, ev heyvanlarının, xüsusilə itlərin ictimai yerlərdə buruntaqsız gəzdirilməsi qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290-cı maddəsinə əsasən ev heyvanlarının qanunvericiliklə icazə verilməyən yerlərdə, həmçinin itlərin cilovsuz, daha böyük itlərin isə buruntaqsız, sərxoş vəziyyətdə ev heyvanlarının gəzdirilməsinə, insanların üzərinə saldırılmasına qadağalar qoyulub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Bakıvaxtı.az-a bildirib ki, ev itlərinin buruntaqsız gəzdirilməsinə nəzarəti yerlərdəki polis növbətçiləri yerinə yetirirlər. Onun sözlərinə görə, qanunda göstərilən hallardan hər hansı biri polis tərəfindən aşkarlanarsa, yaxud müraciət daxil olduqda polis əməkdaşları tərəfindən hal araşdırılır və məsələyə hüquqi qiymət verilir.

N.Əliyev qeyd edib ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən, itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirildiyi təqdirdə 200 manat miqdarında cərimə tətbiq edilir: “Eyni hal təkrarlanarsa, 300 manata qədər, ev itləri ilə bağlı yaranan hər hansı hadisədən xəsarət alan şəxs olarsa, heyvan sahibini 1000 manata qədər cərimə gözləyir”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR