• Bakı C

    2.55 m/s

  • USD - 1.7

    EUR - 1.9947

    RUB - 2.092

Buzda yıxılıb xəsarət alanların sayı AÇIQLANDI

CƏMİYYƏT

05 Yanvar 2026 | 18:54

Buzda yıxılıb xəsarət alanların sayı AÇIQLANDI

Bayram günlərində Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsində 260 müraciət qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, xəstəxanadan bildirilib ki, tibb müəssisəsinə 1 nəfər yol-nəqliyyat hadisəsi, 29-u müxtəlif travmalarla bağlı müraciət edib. Onlardan 12-si hava şəraiti ilə əlaqədar yolların buz bağlaması nəticəsində yıxılaraq xəsarət alanlar olub.

Digər müraciətlər isə əsasən, kəskin respirator virus xəstəlikləri və arterial hipertenziya ilə əlaqədar olub. Qeyd edilən müddətdə 2 cərrahi əməliyyat icra olunub.

“Bayram günlərində vətəndaşlardan daxil olan müraciətlər operativ şəkildə cavablandırılıb, çağırışlara vaxtında və peşəkar tibbi yardım göstərilib”, - deyə məlumatda vurğulanıb.


SON XƏBƏRLƏR

06 Yanvar 2026