• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Buzovnada qəzaya düşən şəxs xəstəxanada həyatını itirib

CƏMİYYƏT

07 Fevral 2025 | 09:00

Buzovnada qəzaya düşən şəxs xəstəxanada həyatını itirib

Ötən günlərdə Buzovnada qəzaya düşən şəxs bu gün xəstəxanada həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, yanvarın 27-də Yasin Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə Maştağa-Buzovna șossesinin Buzovna qəsəbəsindən keçən hissəsində hərəkətdə olarkən Nurlan Ağayevin idarə etdiyi "Tofaş" markalı avtomobillə toqquşub.

    Qəza nəticəsində Tofaş markalı avtomobilin sürücüsü N.Ağayev aldığı xəsarətlərdən müalicə olunduğu Respublika Neyrocərrahiyyə xəstəxanasında ölüb.

    Faktla bağlı Xəzər RPi-nin İstintaq bölməsində CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.


    SON XƏBƏRLƏR

    11 Mart 2025