• Bakı 29° C

    6.58 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Camal Musiala ilə bağlı YENİ QƏRAR

İDMAN

24 Avqust 2026 | 16:03

Camal Musiala ilə bağlı YENİ QƏRAR

"Bavariya" futbol klubunun gənc və istedadlı hücumameyilli yarımmüdafiəçisi Camal Musiala səhhətində yaşadığı çətinliklərə baxmayaraq, yaşıl meydanlara qayıtmaq üçün gün sayır.

Bakıvaxtı.az "Kicker" idman nəşrinə istinadən xəbər verir ki, Almaniya millisinin ulduzu bu yaxınlarda müalicə kursunda dəyişiklik edib.

O, fərdi hazırlıq prosesini tamamladıqdan sonra yaxın günlərdə ümumi komanda məşqlərinə qoşulmağı və əsas heyətdəki yerini geri qaytarmağı hədəfləyir.

Ehtimal olunur ki, Camal Bundesliqanın ilk turu çərçivəsində baş tutacaq "Ştutqart"la matçda "Bavariya"nın iştirak ərizəsinə daxil edilə bilər.

Qeyd edək ki, avqustun 28-də keçiriləcək bu qarşılaşmaya Bakı vaxtı ilə saat 22:30-da start veriləcək.

Xatırladaq ki, avqust ayında Münhen klubunun yoldaşlıq matçları zamanı gənc oyunçu cəmi 4 gün ərzində iki dəfə huşunu itirərək azarkeşləri qorxutmuşdu. Ulduz futbolçu sonradan yaşadıqlarına aydınlıq gətirərək bu olayın səbəbini ictimaiyyətlə bölüşmüşdü.

Qeyd edək ki, istedadlı yarımmüdafiəçi ötən mövsüm klub səviyyəsində meydana çıxdığı 24 matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalmağı bacarmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR