• Bakı C

    6.48 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1942

“Cəhənnəm qapıları onlar üçün açılacaq” - SEPAH rəsmisi təhdid etdi

DÜNYA

03 Mart 2026 | 18:40

“Cəhənnəm qapıları onlar üçün açılacaq” - SEPAH rəsmisi təhdid etdi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailin ölkə ərazisinə endirdiyi zərbələrə görə qanlı qisas alınacağını bəyan edib.

Bakıvaxtı.az “Mizan” agentliyinə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın sözçüsü, briqada generalı Əli Məhəmməd Naini deyib.

O, ABŞ və İsrailin növbəti hədəf hücumlarına hazır olmalı olduğunu bildirib.

“Cəhənnəm qapıları hər dəqiqə ABŞ və İsrail üçün daha geniş açılacaq”, – deyə qurumun sözçüsü sərt xəbərdarlıq edib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin başlatdığı “Operation Epic Fury” (Epik Qəzəb) əməliyyatı nəticəsində İranın bir çox strateji mərkəzləri, o cümlədən paytaxt Tehrandakı hökumət binaları hədəf alınıb. 

Qeyd edək ki, hazırda İran tərəfi İsrailə və ABŞ-nin regiondakı 14 hərbi bazasına raket və PUA-larla intensiv cavab zərbələri endirir.


SON XƏBƏRLƏR