• Bakı 27° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1411

Cehizlik əşyaları oğurladı - Saxlanıldı

HADİSƏ

07 Fevral 2026 | 20:19

Cehizlik əşyaları oğurladı - Saxlanıldı

Səbail rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, zərərçəkən polisə müraciət edərək övladı üçün cehiz məqsədilə aldığı, ümumi dəyəri 10 min manat olan məişət əşyalarının hissə-hissə oğurlandığını bildirib.

Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 33 yaşlı Ağabala Əhmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR