• Bakı 17° C

    10.15 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

İDMAN

18 Aprel 2024 | 08:16

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

UEFA Çempionlar Liqasında yarımfinala yüksələn son iki komandanın adına aydınlıq gəlib.

Bakıvaxtı.az xəbər verir ki, "Bavariya" doğma meydanda İngiltərə "Arsenal"ı ilə qarşılaşıb. Matç almanların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında keçirilən ilk görüş 2:2 hesablı bərabərliklə yekunlaşdığı üçün münxenlilər mərhələni adlayan tərəf olublar.

Günün digər oyununda "Mançester Siti" və "Real Madrid" üz-üzə gəlib. İlk matçda (3:3) olduğu kimi, bu görüş də (1:1) heç-heçə ilə yekunlaşıb. Əlavə vaxtda da qapılara qol vurulmadığı üçün penaltilər seriyası baş tutub. Burada daha dəqiq olan "Real Madrid" (4:3) yarımfinala vəsiqə qazanıb və "Bavariya"nın rəqibi olub.

Qeyd edək ki, yarımfinalın digər görüşü "Borussiya Dortmund" (Almaniya) və PSJ (Fransa) arasında baş tutacaq.


SON XƏBƏRLƏR