Dekabrın 8-də futbol üzrə UEFA Çempionlar Liqasının sonuncu - 6-cı turun daha iki qarşılaşması başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, hər iki qarşılaşma H qrupunda baş tutub.
8/1 finala vəsiqəni daha əvvəl təmin etmiş İtaliyanın "Yuventus" klubu evdə İsveçin "Malmö" komandası ilə, İngiltərənin "Çelsi" klubu isə Rusiyada "Zenit"lə qarşılaşıb. Qrup liderliyi baxımından önəm daşıyan görüşlərdə Turin təmsilçisi qələbə qazanıbsa, londonlular xal itirib. Belə ki, "Yuventus" (İtaliya) - "Malmö" (İsveç) 1:0, "Zenit" (Rusiya) - "Çelsi" (İngiltərə) 3:3 hesabı ilə başa çatıb. Nəticədə "qoca senyora" növbəti mərhələyə birinci yerin sahibi kimi adlayıb.
"Zenit" isə əvvəldən də məlum olduğu kimi, mübarizəni UEFA Avropa Liqasının pley-offunda davam etdirəcək.
















