• Bakı C

    4.71 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

 Cənubi Koreyada qəzaya düşən təyyarənin qara qutusundan məlumat çıxarıldı

DÜNYA

01 Yanvar 2025 | 09:40

 Cənubi Koreyada qəzaya düşən təyyarənin qara qutusundan məlumat çıxarıldı

Mütəxəssislər dekabrın 29-da Muan hava limanında qəzaya uğrayan Jeju Air təyyarəsinin qara qutusundan səs yazıcısına dair məlumatları çıxarıb və audiofayllara çevirirlər.

Bakıvatı.az xəbər verir ki, bu barədə Cənubi Koreya Nəqliyyat Nazirliyinin mülki aviasiya departamentinin direktoru Çju Çenq Vanq brifinqdə danışıb.

    “Səs yazıcısından məlumatların çıxarılması tamamlandı. Bu gün onların səs fayllarına çevrilməsi istiqamətində işlərə başlanılıb” – o deyib. Cənubi Koreya rəsmisi əlavə edib ki, işlər mümkün qədər tez aparılacaq.

    Qeyd edək ki, ötən il dekabrın 29-da Boeing 737-800 təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 181 nəfərdən 179-u həlak olub . Bu, Koreya Respublikasında ən dəhşətli hava qəzası hesab edilir.


    SON XƏBƏRLƏR

    03 Yanvar 2025