“Hazırda bir şəxsin cəriməsinin onun əmlakına yönəldilməsi ilə bağlı müzakirələr gedir. Milli Məclisdə belə bir qanunun qəbul edilməsi gözlənilir”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Fazil Mustafa deyib.
Deputatın sözlərinə görə, əgər şəxsin cəriməsi varsa və bunu hansısa formada ödəyə bilmirsə, aldığı əməkhaqqı onu ödəməyə münasib deyilsə, cərimənin onun əmlakına yönəldilməsi təklifi gündəmdədir:
“Amma mövcud qanunvericilikdə hələlik bu, yoxdur. Konkret bir şəxsin cəriməsinin digər vətəndaşa yönləndirilməsi qaydası da yoxdur”.

Fazil Mustafa: Konkret bir şəxsin cəriməsinin digər vətəndaşa yönləndirilməsi qaydası yoxdur
Müsahibimiz qeyd edib ki, ümumiyyətlə, hər cəzada məsuliyyət fərdidir. Fazil Mustafa vurğulayıb ki, bir şəxsin cəriməsinin başqasına yönəldilməsi yanlışdır:
“Çünki bu, hüquqda məsuliyyətin fərdiliyi prinsipinə ziddir. Hər kəs əməlinə görə özü birbaşa məsuliyyət daşıyır”.
Aydın Baxış
Bakı 




