• Bakı C

    5.82 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Ceyhun Bayramov: Azərbaycan sülhün təşviqçisi kimi tanınır

SİYASƏT

26 Dekabr 2025 | 15:19

Ceyhun Bayramov: Azərbaycan sülhün təşviqçisi kimi tanınır

"Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, regionda dayanıqlı sülhün təmin olunması və ərazi bütövlüyünün möhkəmləndirilməsi istiqamətində əməkdaşlıq çoxtərəfli formatda davam etdirilir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, bu çərçivədə əlaqələrin genişləndirilməsi, diplomatik nümayəndəlik şəbəkəsinin inkişafı və beynəlxalq müstəvidə mövqelərin daha da gücləndirilməsi əsas prioritetlərdəndir.

“Bu proseslər Şanlı Zəfərdən sonrakı dövrdə tarixi ədalətin bərpası və qarşıya qoyulan vəzifələrin icrasına xidmət edir”, – deyə Ceyhun Bayramov vurğulayıb.

Xarici işlər naziri əlavə edib ki, beynəlxalq iqtisadi əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi də diqqət mərkəzindədir. Azərbaycanın təşkilatçılığı ilə keçirilən nüfuzlu beynəlxalq tədbirlər ölkəmizin beynəlxalq arenada mövqelərinin daha da güclənməsinə təkan verir:

"Bu gün Azərbaycan beynəlxalq əməkdaşlıq baxımından regionun aparıcı dövləti, etibarlı tərəfdaş və sülhün təşviqçisi kimi tanınır".

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR