• Bakı C

    5.82 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Baş diplomat: Ermənistanın konstitusiyasına dəyişiklik etməsi mütləqdir

SİYASƏT

26 Dekabr 2025 | 15:32

Baş diplomat: Ermənistanın konstitusiyasına dəyişiklik etməsi mütləqdir

Sülh sazişinin imzalanması üçün Ermənistanın konstitusiya islahatlarını həyata keçirməsi və TRIPP layihəsi çərçivəsində üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməsi həlledici şərt olaraq qalır.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə 2025-ci ilin yekunlarına dair fəaliyyət hesabatını təqdim edən xarici işlər naziri Ceyhun Bayramov bildirib. Nazir qeyd edib ki, son aylarda regionda etimad mühitinin formalaşdırılması istiqamətində nəzərəçarpan addımlar atılıb. Həm ictimai təşkilatların nümayəndələri arasında təmaslar baş tutub, həm də sərhədlərin delimitasiyası üzrə danışıqlar intensivləşib. Qəbələdə keçirilən son görüşdən əvvəl yanvar və fevral aylarında onlayn formatda müzakirələr aparılıb.

Bayramov əlavə edib ki, Azərbaycanın humanitar yanaşmasının göstəricisi olaraq Qazaxıstan mənşəli taxılın ölkə ərazisindən tranzitinə icazə verilib və bu yük Ermənistan tərəfinə çatdırılıb. Lakin bütün bu addımlar yekun sülh razılaşmasının əvəzləyicisi deyil və prosesin başa çatması üçün qeyd olunan tələblərin icrası zəruridir.

Nazir həmçinin xatırladıb ki, cari ildə Bakı və İrəvan arasında normallaşma istiqamətində əldə olunan irəliləyiş regionda dayanıqlı təhlükəsizliyə real imkan yaradıb. Onun sözlərinə görə, Vaşinqton sammitinin nəticələri bu dinamikanı daha da gücləndirib və TRIPP layihəsi ölkədə milli həmrəyliyi möhkəmləndirəcək əsas mexanizmlərdən biri kimi ön plana çıxır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR