• Bakı 24° C

    4.52 m/s

  • USD - 1.7

    EUR - 1.9712

    RUB - 1.9506

Ceyhun Bayramov İsveçin yeni səfiri ilə görüşüb

SİYASƏT

04 Sentyabr 2026 | 15:30

Ceyhun Bayramov İsveçin yeni səfiri ilə görüşüb

4 sentyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Morsinqi qəbul edib.

XİN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, diplomatik fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və İsveç arasında mövcud əlaqələrin inkişaf etdirilməsi baxımından səfirin fəaliyyətinin əhəmiyyəti qeyd olunub.

    Görüşdə Azərbaycan-İsveç ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, humanitar və təhsil sahələrində əməkdaşlığın perspektivləri, habelə regional məsələlər müzakirə olunub.

    İki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin müntəzəm əsasda keçirilməsinin ikitərəfli gündəliyin daha da inkişaf etdirilməsinə töhfə verdiyi vurğulanıb. Bu xüsusda, qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların davam etdirilməsinin vacibliyi qeyd edilib.

    Regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov bölgədə davamlı sülh və sabitliyin təmin olunmasına yönəlmiş Azərbaycanın səyləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, eləcə də regionda yeni əməkdaşlıq imkanları barədə qarşı tərəfə məlumat verib.

    Görüşdə, həmçinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, regional bağlantılar, enerji təhlükəsizliyi və qarşılıqlı maraq doğuran digər beynəlxalq məsələlər müzakirə olunub.

    Səfir Luis Morsinq Azərbaycan ilə İsveç arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    03 Sentyabr 2026