• Bakı 17° C

    17.22 m/s

  • USD - 1.7

    EUR - 1.9833

    RUB - 2.145

Ceyhun Bayramov Omanın Kral Ofisinin naziri ilə görüşdü

CƏMİYYƏT

29 Oktyabr 2025 | 10:15

Ceyhun Bayramov Omanın Kral Ofisinin naziri ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Omana səfəri çərçivəsində bu ölkənin Kral Ofisinin naziri General Sultan bin Məhəmməd əl-Nomani ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı "X"də yazıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan–Oman əlaqələrinin dərinləşdirilməsi ilə bağlı səmərəli fikir mübadiləsi aparılıb, ticarət, investisiya, turizm, təhsil və humanitar sahələrdə əməkdaşlığın əhəmiyyətini vurğulanıb.

Həmçinin dialoqun və yüksək səviyyəli təmasların genişləndirilməsinin, eləcə də BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi qeyd edilib. Cari regional vəziyyət də müzakirə mövzusu olub.

 


SON XƏBƏRLƏR

28 Oktyabr 2025