• Bakı C

    9.96 m/s

  • USD - 1.7

    EUR - 1.9734

    RUB - 2.1836

Ceyhun Bayramovla Əraqçinin telefon danışığı oldu - YENİLƏNİB

SİYASƏT

05 Mart 2026 | 19:07

Ceyhun Bayramovla Əraqçinin telefon danışığı oldu - YENİLƏNİB

5 mart 2026-cı il tarixində İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

XİN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, telefon danışığı zamanı nazir Ceyhun Bayramov, İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə edilmiş dron hücumlarını qətiyyətlə pisləyib, bu hücumlarla bağlı qəti etirazını bildirib. Azərbaycan ərazisinə bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu, regionda gərginliyin artmasına xidmət etdiyini vurğulayıb.

    İran naziri Naxçıvan Muxtar Respublikası ərazisinə dron hücumları ilə bağlı narahatlığını ifadə edib. İran tərəfinin və hərbçilərin bu hadisə ilə bağlı araşdırma başladığını bildirib. İran naziri yaralanan mülki şəxslərə şəfa diləyib.

    İran tərəfindən hücumla bağlı üzr istənilməsini, araşdırmaların nəticələrinə dair qısa müddət ərzində izahat verilməsini, bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlər görülməsini gözlədiyimiz diqqətə çatdırılıb.

     

    ***18:11

    Azərbaycan və İranın xarici işlər nazirləri Ceyhun Bayramovla Abbas Əraqçi arasında telefon danışığı olub

    Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasına edilən hücuma toxunan Əraqçi bildirib ki, İran Silahlı Qüvvələri bu məsələ ilə bağlı lazımi araşdırma və təhqiqat aparır;

    Əraqçi eyni zamanda, Azərbaycana qarşı hər hansı bir hücumun edilməsini təkzib edib;

    İran XİN rəhbəri qeyd edib ki, bu, iki ölkə arasındakı münasibətləri pozmaq üçün İsrail tərəfindən törədilə bilər;

    İranlı nazir 4 Azərbaycan vətəndaşının yaralanmasından təəssüfləndiyini bildirib.


    SON XƏBƏRLƏR