• Bakı C

    2.55 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Ceyhunun ölümünə görə şərti məhkum edilən polkovnik - Təqaüdə göndərildi

HADİSƏ

17 Dekabr 2025 | 12:14

Ceyhunun ölümünə görə şərti məhkum edilən polkovnik - Təqaüdə göndərildi

Xidmət yerindən itkin düşdükdən iki gün sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun intiharı ilə bağlı şərti məhkum edilən polkovnik Samir Həziyev təqaüdə göndərilib.

Bakıvaxtı.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, cinayət işi başlayandan sonra sərəncama götürülən polkovnik öz istəyi ilə xidmətini başa vurub.

Son olaraq hərbi hissə komandiri işləyən S. Həziyev Azərbaycan Ordusunun ehtiyatına buraxılıb.

Qeyd edək ki, polkovnik Həziyev əsgərinin intiharına görə əvvəlcə 4 il azadlıqdan məhrum edilib, bir neçə ay sonra cəzası şərti hesab edildiyindən azadlığa çıxıb.


SON XƏBƏRLƏR

16 Dekabr 2025