• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Chevrolet”in üzərinə qaya parçası düşdü - Ölənlər var

DÜNYA

09 Noyabr 2024 | 00:22 | Müəllif: Subhan Mahmudov

"Chevrolet”in üzərinə qaya parçası düşdü - Ölənlər var

Özbəkistanda Taxtakaraça aşırımındakı yolda avtomobilin üzərinə qaya parçası düşməsi nəticəsində 3 nəfər ölüb.

Bakıvaxtı.az avtosfer.az-a istinadla xəbər verir ki, hadisə noyabrın 6-da Qaşqadərya vilayətinin Kitab-Səmərqənd istiqamətində M-39 avtomobil yolunun 1138-ci kilometrliyində qeydə alınıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Yol Hərəkəti Təhlükəsizliyi Xidmətinin teleqram səhifəsində bildirib.

Belə ki, "Chevrolet Cobalt" avtomobili yağıntılar səbəbindən dağ yamacından qopan qaya parçasının altında qalaraq əzilib.

Qəza zamanı avtomobilin salonunda olan 3 nəfər ölüb.

Hadisə yerinə xilasetmə və təcili tibbi yardım briqadaları cəlb edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026