q
  • Bakı 20° C

    11.32 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

Çimərlik futbolu üzrə Azərbaycan çempionatları keçirilib

İDMAN

02 Sentyabr 2024 | 17:44

Çimərlik futbolu üzrə Azərbaycan çempionatları keçirilib

Çimərlik futbolu üzrə 15 yaşadək oğlanlar və 17 yaşadək qızlar arasında Azərbaycan çempionatları keçirilib.

Bakıvaxtı.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 8 komandanın iştirak etdiyi U-15 oğlanlar çempionatının finalında “Azart” klubu “Baku Football Academy” komandası üzərində 4:1 hesablı qələbə qazanıb.

Turnirin bürünc mükafatına isə “Səbail” yiyələnib.

Fuad Muradov (BFA) 11 qolla çempionatın bombardiri olub. Sirac Quluzadə (“Səbail”) ən yaxşı qapıçı, Yaqub Səmədov (“Azart”) ən yaxşı oyunçu seçilib.

U-17 qızların mübarizəsində “Sabah” çempion olub. “Baku Sporting” ikinci, “Əhmədli Yunayted” üçüncü yeri tutub.

“Sabah”ın hücumçusu Tərgül Qəniyeva 8 qolla ən məhsuldar oyunçu olub. Nərgiz Ağalıyeva (“Baku Sporting”) ən yaxşı qapıçı, Aylin Kərimova (“Sabah”) ən yaxşı futbolçu adına layiq görülüb.

Sonda qaliblər mükafatlandırılıblar. Mükafatlandırma mərasimində Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi, milli komandanın baş məşqçisi Sahib Məmmədov və yığmanın oyunçuları Orxan Məmmədovla Elçin Qasımov iştirak ediblər. Çimərlik futbolu yarışlarındakı xidmətlərinə görə isə “Qaradağ” komandasının baş məşqçisi Adil Babayev xususi diplomla təltif olunub.


SON XƏBƏRLƏR

13 May 2026