• Bakı 19° C

    0.96 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Çin avtomobillərinə tələbat niyə artıb? - Putindən cavab

DÜNYA

16 Oktyabr 2023 | 12:17 | Müəllif: Subhan Mahmudov

Çin avtomobillərinə tələbat niyə artıb? - Putindən cavab

Rusiya Federasiyasının prezidenti Vladimir Putin "China Media Corporation"a müsahibəsində Çin avtomobillərinə tələbatın artdığını bildirib.

Bakıvaxtı.az bildirir ki, Putinin fikrincə, bunun səbəbi həmin avtomobillərin keyfiyyətcə yaxşı olmasından irəli gəlir:

"Çin avtomobillərinin keyfiyyəti yaxşılaşır, ona görə də istehlakçılarımız sevinirlər. Xüsusilə qiymət/keyfiyyət nisbəti baxımından Çinli istehsalçıların məhsullarına diqqət yetirmək lazımdır".

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Rusiyada 283 min 603 ədəd Çin markalı avtomobil satılıb. Model reytinqində Çindən ən çox satılan avtomobillər Chery Tiggo 7 Pro, Haval Jolion, Geely Coolray, Omoda C5 və Chery Tiggo 4 Pro olub./lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR