• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Çin və Pakistan birgə antiterror təlimləri keçirib

DÜNYA

20 Dekabr 2024 | 17:10

Çin və Pakistan birgə antiterror təlimləri keçirib

Çin və Pakistan üç həftə davam edən "Döyüşçü-8" birgə antiterror təlimlərini başa çatdırıb.

Bakıvaxtı.az Çin KİV-inə istinadən xəbər verir ki, təlimlərdə Çin Xalq Azadlıq Ordusunun Qərb Hərbi Dairəsinin 300-dən çox hərbçisi iştirak edib.

Təlimlər Pakistanda Çin vətəndaşlarına qarşı son hücumlar fonunda keçirilib. Bu cür insidentlərdən biri noyabrda Karaçidəki Cinna Beynəlxalq Hava Limanı yaxınlığında kamikadze tərəfindən törədilən və iki Çin vətəndaşının həlak olduğu terror aktı olub.

Bu hadisədən sonra Çinin Xarici İşlər Nazirliyi Pakistanı Çin-Pakistan İqtisadi Dəhlizinin, ölkə əməkdaşları və layihələrinin qorunması üçün daha sərt tədbirlər görməyə çağırıb.


SON XƏBƏRLƏR

18 Aprel 2025