• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Yük gəmisi körpüyə çırpıldı: avtomobillər çaya düşdü: Ölənlər var - YENİLƏNİB

DÜNYA

22 Fevral 2024 | 12:14

Yük gəmisi körpüyə çırpıldı: avtomobillər çaya düşdü: Ölənlər var - YENİLƏNİB

Çində yük gəmisinin körpüyə çırpılması nəticəsində ölənlər var.

Bakıvaxtı.az xəbər verir ki. bu barədə Çin mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, hadisə nəticəsində körpüdə olan 2 maşın suya, 3 maşın isə gəmiyə düşüb.

Bölgəyə 6 dalğıc və xilasedici gəmi göndərilib. Hadisə nəticəsində 2 nəfərin öldüyü, 1 ekipaj üzvünün yaralandığı, 3 nəfərin itkin düşdüyü deyilir.

Quançjou Dəniz Administrasiyası qəzanın səbəblərinin araşdırıldığını bildirib.

Ay Tac

***

08:44

Çində yük gəmisi körpüyə çırpılaraq, onu dağıdıb.

Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir ki, hadisə ölkənin cənubundakı Quancou şəhərində Mirvari çayında qeydə alınıb.

Məlumata görə, səhər saatlarında baş verən hadisə nəticəsində körpüdə hərəkətdə olan bir neçə avtomobil çaya düşüb.

İnsan tələfatı və xəsarət alanlar haqqında məlumat yoxdur.


SON XƏBƏRLƏR

26 Iyul 2024