Çiyələklərin həm təravətini, həm də ləzzətini uzun müddət qorumaq istəyənlər üçün mütəxəssislər vacib tövsiyələr veriblər.
Bakıvaxtı.az xəbər verir ki, meyvələr yanlış yuyulduqda sürətlə xarab ola və ətirini itirə bilər. Mütəxəssislər vurğulayırlar ki, çiyələkləri istehlak etməzdən dərhal əvvəl yumaq ən doğrusudur. Çünki öncədən yuyulan çiyələklər daha tez yumşalır, təravətini itirir və yuyulmuş halda soyuducuya qoyulduqda daha sürətlə çürüyür.
Çiyələkləri daha uzun müddət təzə saxlamağın ən effektiv yolu:
Sirkə ilə təmizləmə üsulu
Çiyələkləri yuyarkən sirkə istifadə etmək həm bakteriyaları və kif yaranmasını azaldır, həm də meyvənin ömrünü uzadır.
Bir qaba soyuq su doldurun və içinə bir miqdar alma və ya üzüm sirkəsi əlavə edin (adətən 1 ölçü sirkə, 3-4 ölçü su nisbəti tövsiyə olunur).
Çiyələkləri bu qarışığın içində 5-10 dəqiqə gözlədin.
Sonra bol soyuq su ilə zərifcə yaxalayın.
Yumaq qədər qurutmaq da mühümdür. Yuyulan çiyələkləri kağız dəsmal üzərinə tək qat şəklində düzün, onları üst-üstə qoymayın. Artıq nəmi çəkən dəsmal sayəsində çiyələklər daha uzun müddət diri və təzə qalır.
Bu sadə üsulla çiyələkləriniz həm daha təmiz olar, həm də soyuducuda bir neçə gün daha artıq dayana bilər.
Bakı 




