• Bakı C

    12.02 m/s

  • USD - 1.7

    EUR - 1.7893

    RUB - 1.6487

COP29: Dünyanın nəbzi Bakıda döyünür - Boykot kampaniyası iflasa uğradı
 

COP29

12 Noyabr 2024 | 16:59

COP29: Dünyanın nəbzi Bakıda döyünür - Boykot kampaniyası iflasa uğradı 

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimində çıxış edib. 

Bakıvaxtı.az-ın məlumatına görə, olduqca maraqlı mətləblərə toxunan ölkə başçısı bildirib ki, əfsuslar olsun, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib: 

“Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 prezident, vitse-prezident və baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”.

Azərbaycan liderinin dünyaya mesajını müsbət qiymətləndirən deputat Tural Gəncəliyev Bakıvaxtı.az-a açıqlamasında diqqətə çatdırıb ki, COP29 konfransı sessiyasının Azərbaycanda keçirilməsi çox önəmli bir beynəlxalq hadisədir:

“Bütün dünyanın nəbzi Azərbaycanda döyünür. Məsələ bundan ibarətdir ki, COP29 konfransı Azərbaycan lideri və ölkəmizin dünya ictimaiyyəti və beynəlxalq ictimaiyyət tərəfindən aldığı dəyərin təzahürüdür. Bununla da Azərbaycana verilən qiymətin, rolun nə qədər yüksək olduğunu aydın müşahidə edirik. Əsas məsələ ondan ibarətdir ki, dünya ictimaiyyəti COP29 konfransını təşkil etmək üçün Azərbaycana yekdil səs verib. Hətta Ermənistan belə bu məsələdə etiraz bildirməyib. Təəssüflər olsun ki, bəzi ölkələr boykot çağırışları ediblər, edirlər. Bəzi avropalı siyasətçilər və ya dünya erməni diasporuna bağlı şəxslər yersiz şəkildə COP29 sessiyasına qarşı fəaliyyətdədirlər. Onlar anlamırlar ki, bu, Birləşmiş Millətlər Təşkilatı (BMT) nəzdində keçirilən konfransdır. COP29-da müzakirə olan məsələlər qlobal problemlərdir. Bu, təkcə Azərbaycan və onun sərhədləri ilə bağlı deyil, ümumbəşəri problemlərlə bağlı konfransdır. Bunu anlamayanlar, burunlarının ucundan uzağı görə bilməyənlər COP29-la bağlı qarayaxma kampaniyasını davam etdirirlər, boykot çağırışı edirlər. Görünən isə odur ki, onlarım çağırışları nəticə vermədi. Onların boykot kampaniyası ifasa uğradı. Dünyanın bütün güc mərkəzləri Avropa İttifaqı, onun rəhbəri BMT-nin baş katibi, Böyük Britaniyanın baş naziri, Asiya və Afrikadan olan görkəmli siyasətçilər, dövlət başçıları və 10 minlərlə qonaqlar COP29 sessiyasına təşrif buyurublar. Bu sessiyada onlar Azərbaycana verilən qiymətin, dəyərin nə olduğunu göstərdilər”.

Tural Gəncəliyev: Bu konfransın Azərbaycanda keçirilməsi ölkəmizin dünya siyasətində oynadığı qlobal rolla bağlıdır 

Müsahibimiz vurğulayıb ki, Azərbaycan diplomatiya sahəsində önəmli zirvələrə yüksəlib:
“Həm Qoşulmama Hərəkatı, həm COP29 kimi konfransın Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunu çox yüksək dərəcədə artırır. Diplomatik qələbələrimizi, yaşadığımız bu gözəl tarixi hadisələri hələ də anlamayanlar var. Onlar öz cılızlaqlarını nümayiş etdirirlər. Bu, BMT-nin konfansıdır. Bu konfransın Azərbaycanda keçirilməsi isə ölkəmizin dünya siyasətində oynadığı qlobal rolla bağlıdır. Bu konteksdə hesab edirəm ki, COP29 tarixdə önəmli bir tarixi hadisə kimi qalacaq. COP29 inkişaf etmiş ölkələrlə İnkişaf etməkdə olan ölkələrin arasındakı ixtilafların sona çatması baxımından önəmlidir. Bundan əlacə COP29 sessiyası nəticəsində şimal və cənub güc mərkəzləri arasındakı “buzlar əriyir”. Bu mənada düşünürəm ki, konfrans daha çox həmin ölkələr arasındakı mövqelərin yaxınlaşması ilə yadda qalacaq”. 

T.Gəncəliyev hesab edir ki, karbon emissiyalarının atmosferə vurduğu ziyana görə Azərbaycanı qınayanlar ikili standartlara xidmət edirlər: 
“Bu gün cənab prezidentin də çıxşında qeyd edildiyi kimi, anlayışları olmadan dünyaya, qlobal atmosferə böyük zərbələr vurmalarına rəğmən, neft və qaz hasilatından qlobal amosferə 0,1 faiz emissiya edən Azərbaycanı təqsirləndirməyə cürət edirlər. Bu da iküzlü, riyakar siyasətin təcəllasıdır. Həmin o mərkəzlər, qüvvələr xüsusi ilə 2023-cü ildə beynəlxalq ictimaiyyət qərar verdi ki, qlobal emissiyalaırın azaldılması üçün dünya ictimaiyyəti 1,7 trilyon dollar fond ayırır. Yalnız Afrika ölkələri üçün cəmi 10 milyard dollar nəzərdə tutulub. Bu da gecə-gündüz iqlim dəyişikliyindən danışan qüvvələrin Azərbaycanı ittiham etməyə hesablanmış siyasətlərinin ifşa edildiyini göstərir”.

 Ayyət Əhməd


SON XƏBƏRLƏR

11 Dekabr 2024