Azərbaycanın yeniyetmə cüdoçuları Ekvadorun Quayakil şəhərində keçirilən dünya çempionatını 1 qızıl, 1 gümüş medalla başa vurublar.
Bakıvaxtı.az-ın məlumatına görə, son olaraq Ayxan Həsənli (81 kq) gümüş mükafata sahib çıxıb.
Daha əvvəl Fərid Rzazadə (50 kq) bütün rəqiblərini məğlub edərək dünya çempionu olub.
Beləliklə, Azərbaycan millisi mundialı 1 qızıl və 1 gümüş olmaqla 2 medalla tamamlayıb. Komanda bu nəticə ilə 59 ölkə arasında oğlanların mübarizəsində dördüncü, ümumi medal sıralamasında isə beşinci yeri tutub.




