• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İtkin düşən alimlər tapıldı: təxliyə edildilər - YENİLƏNİB

CƏMİYYƏT

30 Avqust 2023 | 16:56 | Müəllif: Subhan Mahmudov

İtkin düşən alimlər tapıldı: təxliyə edildilər - YENİLƏNİB

Azərbaycanda ötən gün itkin düşdüyü bildirilən alimlər tapılaraq İsmayıllıya gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, onlar dağlıq ərazidə tapılaraq Şahdağ Milli Parkının ərazisinə gətirilib.

***

12:01

Azərbaycanda dağlıq ərazidə itkin düşmüş şəxslər təxliyə ediliblər. 

Bakıvaxtı.az-ın məlumatına görə, alim Elnur Nəciyev və Emil Cəbrayılov olduqları  ərazidən İsmayıllıya gətirilirlər.

***

09:11

Dağlıq ərazidə itkin düşmüş şəxslər tapılıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

“İtkin düşmüş 2 vətəndaşın axtarışına Şahdağ Milli Parkından ərazini yaxşı tanıyan 17 əməkdaş ayrılıb. Saat 8 radələrində komandalar bir-birinə xəbər ötürərək bildiriblər ki, 2 vətəndaş tapılıb. Sadəcə ərazi dumanlı, relyef isə mürəkkəb olduğuna görə dağdan enmək çətindir. Günorta saat 1-2 üçün aşağı düşə biləcəklər. Bununla belə, səhhətlərində heç bir problem yoxdur. Digər komandalara da məlumat verilib, onların düşürülməsi təşkil ediləcək”, - deyə o qeyd edib.

Eyni zamanda, itkin düşənlərdən biri - Elnur Nəciyevin həyat yoldaşı Günay Nəciyeva göstərilən dəstəyə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, “Şahdağ” Milli Parkının əməkdaşlarına təşəkkürünü bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026