• Bakı 21° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Dağlıq və dağətəyi ərazilərdə qeyri-sabit hava davam edir - FAKTİKİ HAVA

CƏMİYYƏT

29 Iyun 2024 | 17:36 | Müəllif: Subhan Mahmudov

Dağlıq və dağətəyi ərazilərdə qeyri-sabit hava davam edir - FAKTİKİ HAVA

Bu gün saat 16:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətimdən Bakıvaxtı.az-a verilən məlumata görə, bəzi dağlıq və dağətəyi ərazilərdə qeyri-sabit hava şəraiti davam edir

İyunun 29-u saat 16:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Zaqatala, Yardımlıda arabir yağış yağıb.

Sinoptiklərin tərəfindən öncədən verilən narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Goranboyda 23 m/s, Naftalanda 22 m/s təşkil edir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 30, Aran rayonlarında 30, dağlıq rayonlarda 19 dərəcəyədək isti olub.

Bəzi dağlıq və dağətəyi ərazilərdə müşahidə olunan yağıntılı hava şəraitinin iyulun 01-i axşamadək davam edəcəyi, şərq küləyinin bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR