• Bakı C

    6.95 m/s

  • USD - 1.7

    EUR - 1.7385

    RUB - 1.7226

Daha bir ölkəyə şəxsiyyət vəsiqəsi ilə gedə biləcəyik

SİYASƏT

04 Fevral 2025 | 00:05

Daha bir ölkəyə şəxsiyyət vəsiqəsi ilə gedə biləcəyik

Azərbaycan vətəndaşlarının Özbəkistana şəxsiyyət vəsiqəsi ilə səfər edə bilməsi ilə bağlı müzakirələr aparılır.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Özbəkistanın "Dunyo" informasiya agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Özbəkistan və Azərbaycanın müvafiq qurumunun nümayəndələri danışıqlar aparıb, şəxsiyyət vəsiqələrinin qarşılıqlı tanınması məsələləri müzakirə edilib.

Məlumata görə, danışıqlar çərçivəsində hər iki ölkənin Xarici İşlər Nazirliyinin konsulluq və hüquq idarələrinin əməkdaşlarının iştirakı ilə biometrik şəxsiyyət vəsiqələrinin Özbəkistan və Azərbaycan sərhədlərini keçmək üçün sənəd kimi tanınması imkanları müzakirə edilib.

Bildirilib  ki, bu addım vətəndaşların gediş-gəlişini sadələşdirəcək, ikitərəfli əlaqələri gücləndirəcək və miqrasiya siyasəti sahəsində əməkdaşlığı genişləndirəcək. Xüsusilə, belə səfərlərin rahatlığı hər iki ölkənin vətəndaşlarına xarici pasport almadan sərhədi keçməyə imkan verəcək.

Xatırladaq ki, Özbəkistanla Azərbaycan arasında vizasız rejim mövcuddur, lakin iki ölkə vətəndaşları sərhədi yalnız xarici pasportla keçə bilərlər.

Qeyd edək ki, hazırda Azərbaycanla Türkiyə arasında şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlər mümkündür.


SON XƏBƏRLƏR

03 Fevral 2025