ABŞ Prezidenti Donald Trampın baş məsləhətçisi Cared Kuşnerin Qüdsdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Netanyahunun ofisində Kuşnerlə birlikdə Sülh Şurasının yüksək səviyyəli nümayəndələri Nikolay Mladenov və Toni Bleyer də var. İsrail tərəfindən görüşdə başqa kimlərin iştirak etdiyi barədə təfərrüatlar hələlik verilmir.
Görüş ABŞ tərəfindən dəstəklənən Sülh Şurasının Trampın Qəzzə zolağı üzrə sülh planının həyata keçirilməsinə yönəlmiş 15 bəndlik fəaliyyət planının irəli sürülməsi istiqamətində apardığı işlər fonunda keçirilir. HƏMAS planla razılaşdığını bəyan edib, lakin Netanyahu onu açıq şəkildə rədd edərək bildirib ki, İsrail qüvvələrinin Qəzzə zolağından hər hansı bir formada çıxarılmasına başlanmazdan əvvəl qruplaşma tamamilə tərksilah edilməlidir.
Mənbənin sözlərinə görə, bugünkü görüşün məqsədi 15 bəndlik plana İsrailin "imzasını" almaq deyil, "planın mümkün olan bütün elementləri üzrə irəliləyiş əldə etməkdir".
Bakı 



