Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin dövlət səfərinə hazırlıq işləri aparılır.
Bakıvaxtı.az xəbər verir ki, hava limanının ərazisi Azərbaycan və Özbəkistanın dövlət bayraqları ilə bəzədilib, Prezident İlham Əliyevin dövlət səfəri ilə əlaqədar qarşılanma mərasimi üçün zəruri təşkilati işlər həyata keçirilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində yüksəksəviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulur.




