• Bakı 24° C

    7.42 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Daşkəsəndə Aqrar Biznes Festivalı keçirilib

İQTİSADİYYAT

09 Avqust 2024 | 12:21

Daşkəsəndə Aqrar Biznes Festivalı keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin bölgələrdə keçirdiyi Aqrar Biznes Festivalı davam edir. Növbəti festival Daşkəsən rayonu Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, festivalda ətraf rayonlardan olan fermerlər də iştirak ediblər.

Festivalda tədbirə qatılmış dövlət qurumları öz məhsul və xidmətləri barədə təqdimatlar edib, fermerlərə müasir suvarma sistemləri, kənd təsərrüfatı texnikaları, toxum, gübrə, pestisid nümunələri və iqlimə dost texnika və texnologiyalar və onlardan istifadə qaydaları barədə məlumat veriblər. Müxtəlif şirkətlərin təklif etdiyi kənd təsərrüfatı texnikalarının üzərinə yerləşdirilən və uzaqdan idarəedilən GPS texnologiyaları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Festivalda, həmçinin alternativ enerji qurğuları, ekoloji məhsullar, iqlim dəyişikliyinə davamlı yerli meyvə-tərəvəz toxumları sərgilənib.

Festival çərçivəsində ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) təşəbbüsünün prioritetlərinə uyğun olaraq su və torpaq resurslarından səmərəli istifadə, biomüxtəliflik mövzularında videoçarxlar nümayiş olunub.


SON XƏBƏRLƏR