• Bakı 26° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Daşkəsəndə festival keçirilir

İQTİSADİYYAT

08 Avqust 2024 | 10:31

Daşkəsəndə festival keçirilir

Daşkəsən şəhərində Aqrar Biznes Festivalı təşkil olunub.

Bakıvaxtı.az xəbər verir ki, tədbirin məqsədi aqrar innovasiyaların təbliği və təşviqidir.

Festivalda fermerlərin, kiçik və orta sahibkarların, kənd təsərrüfatı məhsul və avadanlıqlarının istehsalı ilə məşğul olan yerli və xarici şirkətlərin, eləcə də beynəlxalq təşkilatların və dövlət qurumlarının iştirakı ilə müxtəlif innovativ məhsul və avadanlıqlar əyani nümayiş olunur.

Fermerlər müxtəlif şirkətlərin təklif etdiyi kənd təsərrüfatı texnikalarının üzərinə yerləşdirilən və uzaqdan idarəedilən GPS texnologiyaları, müasir suvarma sistemləri, kənd təsərrüfatı texnikaları, toxum, gübrə, pestisid nümunələri və iqlimədost texnika və texnologiyalar ilə əyani tanış olub, istifadə qaydaları və texniki göstəriciləri barədə məlumatlandırılır.


SON XƏBƏRLƏR

09 Sentyabr 2024