• Bakı 21° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

DÇ-2022: Braziliya Serbiyanı məğlub etdi - YENİLƏNİB

İDMAN

25 Noyabr 2022 | 01:09 | Müəllif: Subhan Mahmudov

DÇ-2022: Braziliya Serbiyanı məğlub etdi - YENİLƏNİB

Bu gün DÇ-2022-də qrup mərhələsinin I turuna yekun vurulub.

Bakıvaxtı.az-ın məlumatına görə, turun son oyununda yarışın daha bir favoriti mübarizəyə qoşulub.

Bütün mundialların iştirakçısı olan yeganə komanda Braziliya Serbiyanı sınağa çəkib. 20 ildir çempionluğa həsrət olan pentakampeonlar Serbiya ilə oyunda sensasiyaya icazə verməyib.

Braziliyanın heyətində Rişarlison rəqibin qapısından iki top keçirib.

Qeyd edək ki, qrupun digər matçında İsveçrə ilə Kamerun qarşılaşıb. Avropa təmsilçisi bu görüşdə 1:0 hesabı ilə qalib gəlib.

DÇ-2022, qrup mərhələsi
24 noyabr, I tur
G qrupu
23:00. Braziliya – Serbiya 2:0

Qol: Rişarlison, 62, 73

 

***

24 noyabr, 23:50

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda Braziliya - Serbiya matçında ilk hissə başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, ilk hissədə hesab açılmayıb. 


23:01***

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda Braziliya - Serbiya matçı start götürüb. 

Bakıvaxtı.az-ın məlumatına görə, oyun saat 23:00-da başlayıb


***22:41

Qətərdə keçirilən dünya çempionatının G qrupunun ilk turunda üz-üzə gələcək Braziliya və Serbiya milli komandalarının start heyətləri açıqlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaq:

Braziliya: 1. Alisson Bekker, 2. Danilo, 3. Tyaqo Silva, 4. Markinyos, 5. Kazemiro, 6. Aleks Sandro, 7. Lukas Paketa, 9. Riçarlison, 10. Neymar, 11. Rafinya, 20. Vinisius Junior

Serbiya: 23. Vanya Milinkoviç-Saviç, 2. Strahinya Pavloviç, 4. Nikola Milenkoviç, 5. Miloş Velikoviç, 8. Nemanya Qudeli, 9. Aleksandr Mitroviç, 10. Duşan Tadiç, 14. Andriya Jivkoviç, 16. Saşa Lukiç, 20. Sergey Milinkoviç-Saviç, 25. Filip Mladenoviç

Qeyd edək ki, qarşılaşma saat 23:00-da start götürəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026