• Bakı 17° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

DÇ-2022: Uruqvay - Cənubi Koreya oyunu qolsuz heç-heçə ilə başa çatıb - YENİLƏNİB

İDMAN

24 Noyabr 2022 | 18:56

DÇ-2022: Uruqvay - Cənubi Koreya oyunu qolsuz heç-heçə ilə başa çatıb - YENİLƏNİB

Qətərdə keçirilən dünya çempionatının H qrupunda I tura start verilib.

Bakıvaxtı.az-ın məlumatına görə, qrupun ilk matçında Uruqvay millisi Cənubi Koreya yığması ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə yekunlaşıb.

Bu nəticədən sonra kollektivlər hərəyə 1 xalla hələlik ilk iki sıranı bölüşdürür.

Qeyd edək ki, H qrupunun digər qarşılaşmasında Portuqaliya seçməsi Qana ilə münasibətlərinə aydınlıq gətirəcək.

***18:02

Qətərdə keçirilən dünya çempionatında Uruqvay və Cənubi Koreya yığmaları arasında H qrupunun I tur oyununda 2-ci hissə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hələlik qarşılaşmada hesab açılmayıb.

***17:47

Qətərdə keçirilən dünya çempionatında Uruqvay və Cənubi Koreya yığmaları arasında H qrupunun I tur oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.

 

17:00

Qətərdə keçirilən dünya çempionatında Uruqvay və Cənubi Koreya yığmaları arasında H qrupunun I tur oyunu başlayıb.

Bakıvaxtı.az  qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürüb.


***

Qətərdə keçirilən dünya çempionatının H qrupunun I turunda üz-üzə gələcək Uruqvay və Cənubi Koreya yığmalarının start heyətləri açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Uruqvay: Serxio Roçet, Rodriqo Bentankur, Martin Kaseres, Xose Mariya Ximenes, Dieqo Qodin, Darvin Nunyes, Matias Oliveyra, Fakundo Pelyistri, Luis Suares, Federiko Valverde, Matias Vesino

Cənubi Koreya: Kim Sin Kyü, Hvan İn Bom, Hvan Ui Çjo, Çon U Yen, Kim Çjin Su, Kim Min Je, Kim Mun Xvan, Kim Yon Qvon, Li Ce Son, Na San Ho, Son Xın Min

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.


SON XƏBƏRLƏR