• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

DÇ-2034-ün finalı bu stadionda keçiriləcək

İDMAN

30 Noyabr 2024 | 14:30

DÇ-2034-ün finalı bu stadionda keçiriləcək

DÇ-2034-ün final oyununun keçiriləcəyi stadion bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı FİFA-nın mətbuat xidməti yayıb.

Mundialın həlledici görüşü Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutacaq. Qarşılaşma Kral Salman adına stadionda keçiriləcək.

Bu arena həm də açılış oyununu qəbul edəcək. Ümumilikdə isə 5 şəhərin 15 stadionu dünya çempionatı oyunlarına ev sahibi olacaq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı DÇ-2034-ə namizədliyini verən yeganə ölkədir. Avstraliya və İndoneziya birgə təşkilatçılıqla bağlı sifariş verməkdə maraqlı olsalar da, sonradan geri çəkiliblər.


SON XƏBƏRLƏR

18 Aprel 2025