• Bakı 13° C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.0781

Dəfni ilə bağlı vəsiyyəti açıqlandı

DÜNYA

22 Aprel 2025 | 00:23

Dəfni ilə bağlı vəsiyyəti açıqlandı

Roma Papası Fransiskin dəfni ilə bağlı vəsiyyəti açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Vatican News” pontifik vəsiyyətinə istinadən məlumat yayıb.

Belə ki, Papa Romadakı Santa Maria Maggiore bazilikində sadə bir məzarda dəfn edilməsini istəyib.

“Qəbrimin əlavə planda göstərildiyi kimi, Pauline kapellası ilə Sforza kapellası arasındakı bazilikin yan koridorunda hazırlanmasını xahiş edirəm. Məzar torpaqda, sadə, heç bir xüsusi bəzək olmadan, yalnız bir yazı ilə olmalıdır: Fransisk”, - vəsiyyətdə qeyd olunub.

Xatırladaq ki, Roma Papası bu gün səhər saatlarında iqamətgahında vıfat edi.Onun  komaya və ürək dayanmasına səbəb olan insultdan öldüyü bildirilir.


SON XƏBƏRLƏR

21 Aprel 2025