• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Dəm qazı kabusu: 10 gündə ölənlərin DƏHŞƏTLİ STATİSTİKASI

CƏMİYYƏT

11 Mart 2025 | 11:34

Dəm qazı kabusu: 10 gündə ölənlərin DƏHŞƏTLİ STATİSTİKASI

Son günlər ölkədə dəm qazından zəhərlənmə hallarının artması müşahidə olunur.

Bakıvaxtı.az mətbuatda gedən məlumatlara əsasən xəbər verir ki, martın ilk 10 günündə 28 nəfər dəm qazından zəhərlənib. Onlardan 17-i dünyasını dəyişib.

Bakıvaxtı.az imartın lk 10 gününün statistikasını təqdim edir:

1. Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində 2008-ci il təvəllüdlü Əli Eldar oğlu Məmmədov dəm qazından boğularaq ölüb.

2. Bakı şəhəri, Nəsimi rayonu Natiq Şahbazov küçəsi ev 5 ünvanında Mikayılov Əfqan Qalib oğlu mənzilin hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.

3. Gəncədə 1998-ci il təvəllüdlü D.Qafarova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, yaşadığı evin hamamında dəm qazından zəhərlənib.

4. Şamaxıda şəhər sakini, 1979-cu il təvəllüdlü Kərimova Şəfəq Eliyar qizi dəm qazından zəhərlənərək dünyasını dəyişib.

5. Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımov küçəsi ev 27 ünvanında kirayə yaşayan, 1980-ci il təvəllüdlü kişi dəm qazından boğularaq ölüb.

6. Mingəçevirdə şəhər sakini, 1987-ci il təvəllüdlü Gülnar Əlizadə yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

7. Ordubad rayonunun Ağrı kəndində dəm qazının sızması nəticəsində 1935-ci il təvəllüdlü Bağırov Salman Əli oğlu, həyat yoldaşı 1943-cü il təvəllüdlü Bədəlova Mənzər Qasım qızı, gəlinləri 1961-ci il təvəllüdlü Zeynalova Qızbəsti Əliqulu qızı və qohumları 1955-ci il təvəllüdlü Fətəliyeva Rəmziyyə Əvəz qızı zəhərləniblər. Hadisə zamanı S.Bağırov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq vəfat edib.

8. Gəncədə 2008-ci il təvəllüdlü G.Salmanova dəm qazından boğularaq ölüb.

9. Oğuz rayonu Padar kənd sakini, 1994-cü il təvəllüdlü Bəraət Tanrıverdi oğlu Babakişiyev Bakı şəhərində kirayə qaldığı evin hamamında huşsuz vəziyyətdə tapılıb. B.Babakişiyevin dəm qazından öldüyü ehtimal edilir.

10. Göygöl rayonu, Aşıqlı kəndində 1999-cu il təvəllüdlü S.Hüseynli, 2000-ci il təvəllüdlü M.Hüseynova, 2004-cü il təvəllüdlü X.Hüseynova və 1990-cı il təvəllüdlü S.Müseyibova dəm qazından zəhərlənərək ölüb.

11. Nəzərov Elçin Tarverdi oğlu yaşadığı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Nizami küçəsi, 31 ünvanında yerləşən evin hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb.

12. Goranboy rayonu, Əhmədbəyli kəndində 2009-cu il təvəllüdlü rayon sakini Qasımova Fidan Ramil qızı yaşadığı evdə dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib. Həkimlərin çevik müdaxiləsi sayəsində zəhərlənən qızın durumu stabilləşib.

13. İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində bir ailənin üç üzvü yaşadıqları evdə dəm qazından boğularaq ölüb, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Belə ki, ailənin xanımı Azadova Mehriban İdris qızı, onun övladları Azadov Məhəmməd Vasif oğlu və Azadova Fatimə Vasif qızı ölüb. Ailə başçısı Vasif Azadovun isə müalicə davam etdirilib.

14. Şabranda 1991-ci il təvəllüdlü Günay Meylaverdi və övladı, 2016-cı il təvəllüdlü Gül Meylaverdi dəm qazından zəhərlənib. Onlardan azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Təcili tibbi yardım briqadası hadisə yerində azyaşlının bioloji ölümünü qeydə alıb. Anaya isə yerində ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır olduğundan o, Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya və İntensiv Terapiya şöbəsinə yerləşdirilib.

15. Neftçala rayon, Xolqaraqaşlı kəndində kənd sakini, 1994-cü il təvəllüdlü Məmmədova Rəqsanə Əbülfət qızı, övladları - 2020-ci il təvəllüdlü Məmmədova Ü, 2021-cü il təvəllüdlü M və F hamamda çimərkən dəm qazından zəhərləniblər. Zərərçəkənlər Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Mina Mikayılova


SON XƏBƏRLƏR

11 Mart 2025