• Bakı C

    2.37 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.2071

Den Keyn: ABŞ Küveyt səmasında üç F-15E qırıcısının vurulmasını araşdırır

DÜNYA

02 Mart 2026 | 19:01

Den Keyn: ABŞ Küveyt səmasında üç F-15E qırıcısının vurulmasını araşdırır

ABŞ Küveyt səmasında üç F-15E qırıcısının vurulması faktı ilə bağlı araşdırma aparır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Den Keyn ABŞ-nin müharibə naziri Pit Heqsetlə birgə mətbuat konfransında bildirib.

"Mən ötən gecə regionda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç F-15E qırıcısının itirilməsindən xəbərdaram. Ekipajlar təhlükəsizlikdədir və biz bilirik ki, səbəb düşmən atəşi olmayıb. Araşdırma davam edir, ona görə də əlavə şərh verməyəcəyəm", - o deyib.

Daha əvvəl Pentaqonda bildirilib ki, İrana qarşı əməliyyatlara dəstək tapşırıqlarını yerinə yetirən ABŞ-nin üç F-15E qırıcısı Küveytin hava hücumundan müdafiə sistemləri tərəfindən təsadüfən vurulub.


SON XƏBƏRLƏR