• Bakı 24° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 1.9394

    RUB - 2.1697

Deniz Göktaş saxlanıldı

ŞOU

02 Iyul 2026 | 14:44

Deniz Göktaş saxlanıldı

Türkiyəli komediyaçı Deniz Göktaş stand-up çıxışında “Qurani-Kərim” və vəhy prosesi ilə bağlı səsləndirdiyi fikirlərə görə saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, xaricdən Türkiyəyə qayıdan Göktaş İstanbul Hava Limanında pasport nəzarəti zamanı saxlanılıb.

Məlumata görə, İstanbul Baş Prokurorluğu komediyaçının sosial media hesablarında paylaşdığı videoda cinayət tərkibi müəyyən edib.

Qeyd edək ki, bir neçə gün öncə Deniz Göktaşın müqəddəs kitabları müqayisə edərək vəhy prosesi haqqında dediyi sözlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu. Dini dəyərləri açıq şəkildə təhqir etdiyinə görə onun barəsində istintaq araşdırması başlanılmış, bu səbəbdən komediyaçının ölkədən qaçması ilə bağlı iddialar da yayılmışdı. D.Göktaş isə X hesabında tətilə getdiyini açıqlamışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR