• Bakı 11° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Deputat: Genişmiqyaslı sanksiyalara məruz qalmayan tək ölkəyik

SİYASƏT

04 Noyabr 2024 | 10:58

Deputat: Genişmiqyaslı sanksiyalara məruz qalmayan tək ölkəyik

“Son 35 ildə məruz qaldığımız 907-ci düzəlişə baxmayaraq, yerləşdiyimiz bölgədə genişmiqyaslı sanksiyalara məruz qalmayan tək ölkəyik”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Parlamentlər və qlobal sanksiya tendensiyaları: qanunvericilik orqanında siyasi lobbiçilik beynəlxalq hüquqa maneədir” mövzusunda kitab təqdimatına həsr edilmiş dəyirmi masada Milli Məclisin deputatı, STM idarə heyətinin sədri Zahid Oruc deyib.

Z.Oruc qeyd edib ki, İlham Əliyev strateq kimi ölkəmizi beynəlxalq iqtisadi-siyasi  cəza və qadağalardan qoruyur.

Deputat nəzərə çatdırıb ki, regionda yerləşən digər qonşular, məsələn İran əleyhinə 1979-cu il islam inqilabından bu yana tətbiq olunan sanksiyalarının sayı 3616-dır ki, bu da 40 ildən artıq belə ağır iqtisadi, maliyyə, diplomatik və hərbi cəzalar altında yaşamaq İran xalqından fədakarlıq və dözüm tələb edir.

Həmçinin nəzərə çatdırıb ki, Rusiya əleyhinə son 2 ildə tətbiq oluan sanksiyaların ümumi sayı 17.636-dır ki, onun təkcə 29 faizini, yəni, 5100-dən artığını bir ABŞ tətbiq edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Dekabr 2024