Azərbaycan Yaxın Şərqdə sülh və stabilliyin əldə olunmasında maraqlı ölkədir.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü iclasında deputat Vüqar Bayramov söyləyib.
O deyib ki, Son illərdə region ölkələri ilə birgə layihələrin reallaşdırılması Azərbaycanı geo-siyasi baxımdan daha da gücləndirib.
Vüqar Bayramov qeyd edib ki, Münhen konfransından sonra Prezident İlham Əliyev Serbiyada rəsmi səfərdədir.
"Bu səfər Azərbaycan-Serbiya və Mərkəzi-Şərqi Avropa ölkələri arasındakı iqtisadi və enerji əlaqələrinin dərinləşməsinə imkan yaradacaq. Sülh Şurasında təmsilçilik və Vaşinqtondakı ilk iclas isə Azərbaycanın qlobal sülhün qorunmasına töhfə verən ölkələrdən biri olduğunu göstərir",- parlamentari vurğulayıb.
Əli Hüseynov
Bakı 




