"Vətəndaş qaz çəkilişi zamanı, mənzilə və evlərə çəkiliş haqqını ödəyir və sayqaca görə də ödəniş edir. Ödəniş də xeyli böyük rəqəmdir. İndi onlar sabit tarif də ödəməlidir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında deputat Razi Nurullayev deyib.
Deputat qeyd edib ki, sabit tarifə əsasən istəyirsən qaz işlət, ya da işlətmə, aylıq müəyyən edilmiş məbləği ödəməlisən:
"Bu mənə ədalətli yanaşma kimi görünmür".
R.Nurullayev bu məsələ hansı təcrübədən yarandığnı bilmək istədiyini deyib:
"Biz bu təcrübəni hansı qonşu ölkələrdən əxz etmişik? Rusiyada, Gürcüstanda, Türkiyədə, İranda və digər yaxın ölkələrdə bu praktika varmı? Bu qanunu tələsik qəbul etməyək, ciddi müzakirə aparaq, istehlakçıların müzakirəsinə çıxaraq".
Mina Mikayılova