• Bakı 23° C

    4.62 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Deputatdan televiziyalara SƏRT TƏNQİD

CƏMİYYƏT

14 Aprel 2023 | 12:35

Deputatdan televiziyalara SƏRT TƏNQİD

“Bu gün televiziya kanallarında əyləndirmə mexanizmləri var, amma klassikanın ictimailləşməsi, klassikanın bizim milli dəyərimizə çevrilməsi baxımından müəyyən boşluqlar var”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Nizami Cəfərov komitənin aprelin 14-də keçirilən iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinin müzakirəsi zamanı deyib.

“Hesab edirəm ki,Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslər sırasında yer alan AMEA-nın Əlyazmalar İnstitutunun baş direktoru Teymur Kərimli bu sahəyə öz töhfəsini vermiş olacaq”, - o vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR