• Bakı C

    2.67 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.1379

Deputatın keçmiş sədri olduğu ASC ləğv edilir

CƏMİYYƏT

17 Dekabr 2025 | 09:39

Deputatın keçmiş sədri olduğu ASC ləğv edilir

“Bakı Məişət Maşınları” ASC ləğv edilir.

Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, bununla bağlı qərar 4 fevral 2026-cı il tarixində baş tutacaq yığıncaqda qəbul ediləcək.

Yığıncaqda 2025-ci il üzrə maliyyə nəticələrinin müzakirəsi və təsdiqi, Ləğvetmə Komissiyasının yaradılması və tərkibinin müəyyənləşdirilməsi, eyni zamanda dövlət orqanlarında sənədlərin qeydiyyatı üçün səlahiyyətli şəxsin təyin edilməsi də baş tutacaq.

Qeyd edək ki, "Bakı Məişət Maşınları" ASC İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərir. "Bakı Məişət Maşınları" Bakı şəhəri Nərimanov rayonu Ələsgər Qaibov küçəsi ev 6 ünvanında qeydiyyatdadır. Cəmiyyətin nizamnamə kapitalı isə 4527748 manatdır. ASC universal məişət maşınlarının istehsalı və satışı ilə məşğuldur. 

Xatırladaq ki, 2024-cü ilin sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkisində ilk dəfə deputat seçilən Mircəlil Qasımov "Bakı Məişət Maşınları" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsindən azad edilmişdi.


SON XƏBƏRLƏR

16 Dekabr 2025