• Bakı 14° C

    3.48 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Dərs almasaq, yeni müharibə olacaq – Hakan Fidandan XƏBƏRDARLIQ

DÜNYA

05 May 2024 | 22:00

Dərs almasaq, yeni müharibə olacaq – Hakan Fidandan XƏBƏRDARLIQ

Beynəlxalq ictimaiyyət bundan dərs almasa, Qəzzada indiki böhran sonuncu olmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

“Əgər Qəzzada baş verən faciədən dərs almasaq, iki dövlətli həll yoluna gəlməsək, bu, Qəzzada son müharibə olmayacaq, bizi başqa müharibələr və göz yaşları gözləyir”, – Fidan “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirib.

Nazir bildirib ki, biz İsraili 1967-ci il sərhədlərini qəbul etməyə dəvət etməliyik:

“Təkcə HƏMAS deyil, bütün fələstinlilər 1967-ci il sərhədləri daxilində Fələstin dövləti yaratmağa hazırdırlar".


SON XƏBƏRLƏR