Tədrisin digər dillərdə aparıldığı siniflərdə “Azərbaycan dili – dövlət dili kimi” fənninə ayrılan həftəlik dərs saatlarının sayı artırılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mətbuat konfransında açıqlayıb.
Nazir bildirib ki, hazırda təxminən 150 min şagird tədrisin digər dillərdə aparıldığı siniflərdə təhsil alır.
Onun sözlərinə görə, 2021-ci ildən I-IX siniflər üzrə “Azərbaycan dili – dövlət dili kimi” fənninə ayrılan həftəlik dərs saatlarının sayı 22-dən 31-ə çatdırılıb.
“Bu ildən isə həftəlik dərs saatlarının sayı 31-dən 42-yə yüksəldiləcək”, – deyə Emin Əmrullayev qeyd edib.
Nazir əlavə edib ki, “Azərbaycan tarixi” fənni V-VI, yeni tədris ilindən isə VII siniflərdə, “Zəfər tarixi” IX sinifdə, “Çağırışaqədərki hazırlıq” isə X-XI siniflərdə Azərbaycan dilində tədris olunur.
Əli Hüseynov
















