Sosial şəbəkələrdə yayılan məlumata görə, Bakıda avtomobil polis bölməsinin hasarına çırpılıb.
Bakıvaxtı.az xəbər verir ki, yayılan məlumata görə, hadisə bu gün səhər saatlarında Bakının Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində qeydə alınıb.
Avtomobilin kirayə götürüldüyü və yüksək sürətlə idarə olunduğu qeyd edilib. Belə ki, nəqliyyat vasitəsi əvvəlcə 3-4 avtomobili vurub, daha sonra isə 33-cü polis bölməsinin divarına çırpılıb.
Məsələ ilə bağlı APA-nın sorğusuna Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli münasibət bildirib.
O deyib ki, hadisəyə səbəb ilkin ehtimal olaraq sürücünün idarəetməni itirməsi olub.
Faktla bağlı araşdırma aparılır.