• Bakı 20° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

DİN-dən dumanlı hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

CƏMİYYƏT

27 Noyabr 2022 | 15:56

DİN-dən dumanlı hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

"Noyabrın 28-də əsasən gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq ölkə ərazisində magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var".

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, sürücülərdən sürət həddini hava şəraitinə uyğun nizamlamaları, avtomobillərinin  xarici işıq cihazlarının sazlığına əmin olmaları, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmələri tələb olunur. 

"Piyadalardan da məsuliyyətli olmaları, sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalıdırlar".


SON XƏBƏRLƏR