• Bakı 19° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 2.0154

    RUB - 2.043

DİN-dən İmişlidə ölümlə nəticələnən yol qəzasına MÜNASİBƏT - VİDEO

CƏMİYYƏT

18 Yanvar 2025 | 16:57

DİN-dən İmişlidə ölümlə nəticələnən yol qəzasına MÜNASİBƏT - VİDEO

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə əlaqədar bir qrup şəxs hadisə yerində xuliqanlıq hərəkətləri törədiblər. 

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, xidməti avtomobilə əlavə zərər vurmaqla hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər müəyyən olunaraq saxlanılıblar. 

Hadisə nəticəsində 2 nəfər ölüb, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət alıb.

Fakta görə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

17 Sentyabr 2025